MSK-nın sədr müavini işdən çıxıb


Siyasət 12 Sen 2018 09:48:00 257 0

MSK-nın sədr müavini işdən çıxıb

Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov işdən çıxıb.

“Report”un xəbərinə görə,Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.

N.Məmmədov isə Nazir Kabineti Aparatının rəhbərinin müavini təyin edilib.

Xatırladaq ki, N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi.N.Məmmədov 2010-cu ildə isə MSK-nın sədr müavini seçilib.