Karateçilərimiz beynəlxalq təlim-məşqləri başa vurub (FOTO)


Digərləri 12 Sen 2018 09:30:00 254 0

Karateçilərimiz beynəlxalq təlim-məşqləri başa vurub (FOTO)

İsveçrənin Bazel şəhərində 31 ölkə idmançılarının iştirakı ilə 9-cü nüfuzlu "Bazel Open Masters" turnirində 4 qızıl, 4 gümüş və 3 bürünc medalla yüksək nəticə göstərən milli komandamız, yarışdan sonra 10 günlük beynəlxalq təlim-məşqləri başa vurub.

Bakı. İsveçrənin Bazel şəhərində 31 ölkə idmançılarının iştirakı ilə 9-cü nüfuzlu "Bazel Open Masters" turnirində 4 qızıl, 4 gümüş və 3 bürünc medalla yüksək nəticə göstərən milli komandamız yarışdan sonra 10 günlük beynəlxalq təlim-məşqləri başa vurub. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, bir neçə ölkə idmançılarının qatıldığı beynəlxalq təlim-məşqlərin son günü Bazel şəhər baş idman təşkilatının rəsmiləri milli komandamızla görüş keçirib. Hazırlıq prosesini izləyən yerli rəsmi idman nümayəndələri, dünya şöhrətli Azərbaycan milli komandası ilə görüşdən məmnun qaldıqlarını bildirərək, idmançı və məşqçilərə xatirə hədiyyələri təqdim ediblər. Turnirin və beynəlxlaq təlim-məşqlərin təşkilatçısı, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan milli komandamız Bazeldən birbaşa Berlinə Dünya Karate Federasiyasının (WKF) Karate1 Premyer Liqa turnirinə yollanıb.