Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır


Digərləri 12 Sen 2018 09:21:00 221 0

Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.