Kamran Həsənli: “Döyülüb evə getməyimi anam mənə bağışlamazdı”


Şou-biznes 12 Sen 2018 09:07:00 246 0

Kamran Həsənli: “Döyülüb evə getməyimi anam mənə bağışlamazdı”

Tanınmış aparıcı və şoumen Kamran Həsənli illərdir ki doğum gününü qeyd etmir

. Bu il də o, ənənənəsinə sadiq qalıb.

Son.az bildirir ki, təəssüratlarını yenicag.az-la bölüşən K.Həsənli bunun səbəbini belə izah edib:

"Bizim ailədə 12 yaşdan sonra doğum günlərini qeyd etmək ənənəsi olmayıb. Uşaqlıq illərində valideynlərim mənə ad günləri keçiriblər, hədiyyələr alıblar. Yadımdadır ki, mənə yellələnən at və qılınc almışdılar. Düz bir həftə məni o atdan düşürə bilmədilər. Plastmas qılıncımla qabağıma çıxan həyət uşaqlarını qorxudurdum. Davakar olmamışam, amma mənə sataşanın cavabını vermişəm. Çünki döyülüb evə getməyimi anam mənə bağışlamazdı".