"VAZ" beton maneəyə çırpılıb, sürücü xəsarət alıb


Digərləri 12 Sen 2018 08:52:00 301 0

"VAZ" beton maneəyə çırpılıb, sürücü xəsarət alıb

Xaçmaz rayonunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Çarxı kəndində "VAZ" markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​