22 yaşlı gənc 34 yaşlı kişini niyə öldürdü? TƏFƏRRÜAT


Kriminal 12 Sen 2018 07:48:00 244 0

22 yaşlı gənc 34 yaşlı kişini niyə öldürdü?  TƏFƏRRÜAT

Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini qətlə yetirən gəncin məhkəməsi başlayır.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilən Cəfərli Məhəmmədəli Şakir oğlunun məhkəmə prosesinə hakim Kəramət Əliyev sədrlik edir. 

Hadisə bu ilin may ayının 17-də rayonun Böyük Qaramurad kəndində baş verib. 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu yaşadığı kənddə bıçaqlanıb. O, əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Ancaq ötən axşam xəstəxanaya yerləşdirilən Quliyev Elşad İsa oğlu həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.