Arvadının adına təhqiramiz məlumatlar paylaşan kişinin sonu


Digərləri 12 Sen 2018 07:35:00 295 0

Arvadının adına təhqiramiz məlumatlar paylaşan kişinin sonu

Özbəkistanda arvadını sosial şəbəkədə təhqir edən kişiyə cinayət işi başlanılıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, paytaxt Daşkəndin polis idarəsinə şikayət edən qadın ərinin onu sosial şəbəkədə təhqir etdiyini bildirib. Qadının sözlərinə görə, həyat yoldaşı bu yolla ondan intiqam almaq istəyib. 

Belə ki, ailə daxilində mübahisə edən ər arvadından intiqamını bu cür almaq qərarına gəlir. Kişi həyat yoldaşının adına sosail şəbəkədə hesab açaraq, qadın barədə xoşagəlməz məlumatlar yerləşdirib.