"Windows"da təhlükəli boşluq aşkarlanıb


Digərləri 12 Sen 2018 07:28:00 222 0

"Windows"da təhlükəli boşluq aşkarlanıb

"Windows" əməliyyat sistemində "sıfır günü" (Zero Day) boşluğu aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "ESET" şirkətinin məlumatında deyilir.

Boşluqdan yararlanan cinayətkarların əməllərindən Rusiya, Polşa, Almaniya, Böyük Britaniya, ABŞ, Hindistan, Çili, Ukrayna və Filippin istifadəçiləri ziyan çəkib. "Zero Day" boşluğu "Windows" sisteminin 7-10-cu versiyalarına şamil edilir və işlərin planlaşdırılması funksiyası ilə əlaqədardır.

Boşluq eksploytu açıqlanandan sonra mütəxəssislər müəyyənləşdirib ki, onu məqsədli hücumlar üçün "PowerPool" kiberqruplaşması istifadə edir: hakerlər tərəfindən kod dəyişdirilib və təkrar kompilyasiya olunub. Cinayətkarlar yenilikləri izləyir və yeni eksploytları operativ tətbiq edir.