"Dünyanın ən qədim pendiri" rekordu yeniləndi


Digərləri 12 Sen 2018 07:07:00 258 0

"Dünyanın ən qədim pendiri" rekordu yeniləndi

Xorvatiyanın Dalmaçya bölgəsində alimlər dünyanın ən qədim pendirinin qalıqlarını tapıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, alimlər tapılan pendirin 7 min il əvvəl istehsal edildiyini ehtimal edirlər. Beynəlxalq tədqiqatçılar pendir istehsalının Avropanın formalaşmasında böyük təsirə malik olduğunu bildirirlər.

Pokrovnik kəndində tapılan saxslı qabların üzərindəki yağ turşularının pendir qalığı olduğunu bildirən alimlər süzgəcə oxşayan saxsı qablarla pendir suyundan qaymağı ayıraraq pendir tutulduğunu düşünürlər.


Xəbərə aid foto