Murdarlıq (nəcasət) neçə dəfə toxunduqda ötürülür?


Digərləri 11 Sen 2018 23:45:00 292 0

Murdarlıq (nəcasət) neçə dəfə toxunduqda ötürülür?

Əvvəla, bunu qeyd edək ki, nəcasət yalnız nəmlik vasitəsilə ötürülür. Yəni ya nəcasətin özü, ya da ona toxunan pak əşya nəm olmalıdır ki, nəcasət ötürülsün.

Son.az islam.az-a istinadən bildirir ki, nəcasət 3 vasitə ilə ötürülür, bundan sonrakı vasitələrdə isə nəcasət ötürülməz. Məsələn, adamın sağ əli sidiyə bulaşıb. Nəm halda sol əlini sağ əlinə sürtsə, sol əli də bulaşacaq. Sol əllə bir yaş parçanı götürsə, həmin parça da bulaşacaq. Amma həmin bulaşmış yaş parça başqa bir əşyaya dəysə, daha onu bulamaz. Beləcə, bundan sonra həmin parçadan nəcasət ötürülməyəcək və sonuncu bulaşıq əşya həmin parça sayılacaq.