Azərbaycanda məktəb bufetlərində


Digərləri 11 Sen 2018 23:35:00 289 0

Azərbaycanda məktəb bufetlərində

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil.

Son.az medicina.az-a istinadən bildirir ki, ümumi təhsil müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır:

İstifadə müddəti bitmiş və aşağı kefiyyətli qida məhsulu. Bir gün əvvəl hazırlanmış qida. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd  təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla). İçalatı təmizlənməmiş quş.

Vəhşi heyvanların əti. Suda üzən quşların yumurtası və əti. Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta. Hermetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.

Termiki emala məruz qalmayan yaxıl noxud. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər. Kremli şirniyyat məmulatları (piroq və tortlar).

Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama. Ev şəraitində hazırlanmış qatıq. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları). Termiki  emala məruz qalmayan içkilər və morslar, kvas.