Dənizdə, çayda və ya hovuzda necə qüsl almaq olar?


Digərləri 11 Sen 2018 23:40:00 314 0

Dənizdə, çayda və ya hovuzda necə qüsl almaq olar?

Buna irtimasi qüsl deyilir. Qüslün iki növü var: tərtibi qüsl və irtimasi qüsl. Tərtibi qüsl odur ki, bədən üzvləri müəyyən ardıcıllıqla (tərtiblə) yuyulsun. İrtimasi qüsl isə odur ki, bütün bədən birdəfəyə yuyulsun. İrtimasi qüsl almaq üçün niyyət etmək, sonra bütünlükdə suya baş vurmaq lazımdır. Yəni elə etmək lazımdır ki, bir an bütün bədən suyun içində qalsın (başdan ayağa kimi).

Son.az islam.az-a istinadən bildirir ki, bu zaman diqqət etmək lazımdır ki, ayaqların altına da su keçsin. Yəni dənizin yə hovuzun dibinə ayaqları qoyub qüsl almaq düzgün olmaz. Bunun üçün ayaqları da yerdən üzmək və eyni anda bütün bədənin islanmasını təmin etmək lazımdır.