“Talut bulağı” ifadəsinin mənası nədir?


Digərləri 11 Sen 2018 23:15:00 399 0

“Talut bulağı” ifadəsinin mənası nədir?

Bu ifadə keçmiş ümmətlərin tarixində baş vermiş bir hadisə haqqında işlədilir. Quranda Bəqərə surəsinin 249-cu ayəsində həmin hadisə təsvir edilir. Həzrət Davud Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmünə başçılıq etmiş Talut adlı hökmdar öz ordusu ilə düşmənin üzərinə yürüş edir.

Son.az islam.az-a istinadən bildirir ki, yolda Allah-təala Taluta ilham edir ki, əsgərləri sınağa çəksin və sədaqətli döyüşçüləri xainlərdən ayırsın. Qarşılarına bulaq çıxır. Bu zaman Talut Allahın əmri ilə əsgərlərə tapşırır ki, ya ümumiyyətlə suya əl vurmasınlar, ya da bir ovucdan artıq içməsinlər. Az bir hissədən başqa (deyilənlərə görə onların sayı 313 nəfər idi) hamı sudan doyunca içdi. Yollarına davam edib düşmən qoşunu ilə üz-üzə gələndə həmin 313 nəfərdən başqa hamı döyüşdən qorxub qaçdı. Allah Taluta və sadiq əsgərlərinə qələbə verdi. "Talut bulağı" ifadəsi haqqı nahaqdan, yaxşını pisdən ayıran meyar, məhək daşı mənasında işlədilir.