ATƏT müşavirəsində əlbəyaxa dava VİDEO


Dünya 11 Sen 2018 23:16:00 280 0

ATƏT müşavirəsində əlbəyaxa dava  VİDEO

Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsində Tacikistan hökumətinin nümayəndələri ilə müxalifət təmsilçiləri arasında dava olub.

Son.az oxu.az-a istinadən bildirir ki, müşavirənin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzu bu ölkənin rəsmi nümayəndə heyətinin üzvləri ilə fikir mübadiləsi aparmaq istəyib.

O, Tacikistanın İslami İntibah partiyasının keçmiş üzvü Aemiddin Sattorovla şəkil çəkdirmək istəyərkən, rəsmi nümayəndə heyətinin üzvü onu sifətindən yumruqla, sonra ayaqla vurub.

Hotel əməkdaşları davanın qarşısını alıblar.


Xəbərə aid video