Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?


Digərləri 11 Sen 2018 23:10:00 317 0

Namaz qılan adama salam veriləndə cavabını verməlidirmi?

Namaz qılan adam özü heç kimə salam verə bilməz. Amma verilən salamın cavabını almalıdır. Ümumiyyətlə, salamın cavabını daha üstün və geniş formada almaq müstəhəbdir. Amma bu, namaz zamanına aid deyil.

Son.az islam.az-a istinadən bildirir ki, namaz qılan adam, ona verilən salamı olduğu kimi cavablandırmalıdır. Yəni ona "əs-səlamü əleykə" deyə salam verilibsə, cavabını da "əs-səlamü əleykə" şəklində verməlidir. Başqa formada, məsələn "əleykəs-salam" şəklində salam almaq məsləhət deyil. Əgər salam verən kardırsa və ya həmin yer çox səsli-küylüdürsə, onda salamı işarə ilə cavablandırmaq lazımdır.