İqtisadiyyatı inkişaf etməkdə olan yeddi ölkənin valyutası böhran riski altındadır


Sosial 11 Sen 2018 22:57:45 320 0

İqtisadiyyatı inkişaf etməkdə olan yeddi ölkənin valyutası böhran riski altındadır

Bu barədə Yaponiya bankının analitiklərinin icmalında bildirilir

İqtisadiyyatı inkişaf etməkdə olan yeddi ölkə - Şri-Lanka, Cənubi Afrika Respublikası, Argentina, Pakistan, Misir, Türkiyə və Ukrayna valyuta böhranı riski altındadır.

“Report” "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nomura Holdings Inc" bankının analitikdlərinin icmalında qeyd olunub.

Bildirilir ki, bu ölkələrdən beşi artıq valyuta böhranı yaşayır və ya Beynəlxal Valyuta Fondunun proqramını icra edir. CAR və Pakistan onların sırasına daxil deyil.

Analitiklərin məlumatına görə, səkkiz EM ölkəsi daha az böhran riski təsiri altındadır. Bunlar Braziliya, Bolqarıstan, İndoneziya, Qazaxıstan, Peru, Filippin, Rusiya və Tailanddır.