“Nafilə ibadətlər” deyərkən nə nəzərdə tutulur?


Digərləri 11 Sen 2018 22:40:00 299 0

“Nafilə ibadətlər” deyərkən nə nəzərdə tutulur?

Nafilə - yerinə yetirilməsi fərz (qəti vacib) və vacib olmayan ibadət növləridir. Əhli-sünnə məzhəbində sünnət, cəfəri məzhəbində isə müstəhəb kateqoriyasına aiddir. Nafilələri yerinə yetirməyən şəxs günahkar hesab edilmir və axirətdə cəzaya layiq görülmür; amma yerinə yetirən şəxsə axirətdə mükafat veriləcək.

Son.az islam.az-a istinadən bildirir ki, hədisi-qüdsiyə görə, Allah-təala nafilə ibadətlərinin savabı barədə buyurub: "Bəndəm fərz ibadətlərini yerinə yetirməklə mə¬nə yaxınlaşdığı qədər heç bir başqa vasitə ilə yaxınlaşa bilməz. Bəndəm nafilə ibadət¬lərini icra edəndə mən onu çox sevərəm. Onun eşidən qulağına, görən gözünə, tutan əlinə, yeriyən ayağına çevrilərəm. Məndən hər nə istəsə, ona verərəm. Mənə sığınsa, onu qoruyaram".