“ÜsuliKafi” hansı kitabdır?


Digərləri 11 Sen 2018 22:50:00 322 0

“ÜsuliKafi” hansı kitabdır?

"Üsuli-Kafi" şiə məzhəbində ən mötəbər dörd hədis kitabından birincisi olan "əl-Kafi"nin ilk iki cildinə deyilir. "Əl-Kafi" şərti olaraq 3 hissədən ibarətdir. Son.az islam.az-a istinadən bildirir ki, daha çox əqidə (üsulüd-din) məsələlərini əhatə edən "Üsulül-Kafi" 2 cilddə, fiqh məsələlərini (füruüd-din) əhatə edən "Füruül-Kafi" 5 cilddə çap olunub. "Ər-Rövzətü minəl-Kafi" bölümü isə imamların xütbə və məktub¬larından ibarətdir, bir cilddə nəşr edilib. "Əl-Kafi"nin tərtibçisi "Siqqətül-İslam" (İslamın inanılmışı) ləqəbli hədis alimi Şeyx Əbu Cəfər Mühəmməd ibn Yəqub Küleynidir (vəfatı miladi 941-cı il). Kitabda cəmi 16.121 hə-dis vardır.