Anada süd çatışmırsa, nə etmək lazımdır?


Digərləri 11 Sen 2018 22:25:00 267 0

Anada süd çatışmırsa, nə etmək lazımdır?

Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir.

Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, müxtəlif şirələr, çay, südlü çay, qazsız mineral sular içmək olar. Qazlı şirin sular, təmiz inək südü məsləhət görülmür. Xüsusən əmizdirməkdən 10-15 dəqiqə qabaq və 20-30 dəqiqə sonra maye qəbul etmək lazımdır.

Maye qəbul edilməsinə tələbat yoxdursa, özünüzü məcbur etməyin. Tələbat varsa bütün işlərinizi atıb mütləq maye qəbul edin. Əks halda, südünüz azala bilər.

Körpəyə ana südü azlıq edirsə körpəni daha tez-tez əmizdirin. Ana südünün hər bir damlası körpə üçün çox dəyərli bir nemətdir. Həmçinin körpənin tez-tez əmizdirilməsi laktasiyanı gücləndirir. Süd vəzisinin dolmağını gözləməyin - körpəyə nə qədər fasilə ilə süd versəniz, bir o qədər də gec süd gələcək.