Uşağa hansı adları qoymaq məsləhətdir?


Digərləri 11 Sen 2018 21:55:00 255 0

Uşağa hansı adları qoymaq məsləhətdir?

İslam dininə görə, Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə "əbd" kəlməsini artırmaqla yaranan adları uşağa vermək məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüləzim və s). "Allah" və "Rəhman" adlarını çıxmaqla, Allahın qalan adlarını "əbd"siz də qoymaq olar.

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin bəzi hədislərində Abdullah və Əbdürrəhman adları ən gözəl adlar kimi xatırlanıb (Təbərsi. Məkarimül-əxlaq, I, 421). Peyğəmbər buyurub: "O evdə ki, Mühəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adını daşıyan adam var, oraya kasıblıq yaxın düşməz" (Küleyni. Əl-Kafi, VI, 19).