Qadın ev işlərini görməyə məcburdurmu?


Digərləri 11 Sen 2018 21:50:00 302 0

Qadın ev işlərini görməyə məcburdurmu?

İslam şəriəti baxımından qadının belə bir məcburiyyəti yoxdur, yəni qadın bundan imtina etmək hüququna sahibdir. Amma qeyd edək ki, ailə üzvləri arasındakı münasibətlər yalnız dəqiq çərçivə içərisində qalmır. Bu düzgün hərəkət sayılmaz ki, ərlə arvad və ya uşaqlar bir-biri ilə münasibətdə özlərinə sərf edən hüquqları əldə əsas tutsunlar. Ailə daha səmimi, daha fədakar münasibətlər tələb edir.

Son.az islam.az-a istinadən bildirir ki, əgər qadın bu kimi hüquqlar üzərində ciddi durmaqda davam edərsə, kişi də öz hüquqlarını tələbkarlıqla diqtə etməyə haqq qazanacaq. Xalqımızın milli mentalitetinə görə, qadınlar ailə işlərini görməyi, evlərini səliqə-səhmanda saxlamağı özlərinə şərəf bilirlər, bunu etməməyi isə ayıb sayırlar. Bu kimi məsələlərdə ailə üzvləri proqramatik deyil, səmimi və anlaşıqlı davransalar, yaxşı olar.