Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi – Qadın özünü üçüncü mərtəbədən atdı VİDEO


Digərləri 11 Sen 2018 21:31:00 306 0

Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi – Qadın özünü üçüncü mərtəbədən atdı VİDEO

Ev sahibi mənzili təmizləməyə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib. Sakinləriddiaedirlər ki, çıxılmaz vəziyyətdə qalan qadın özünü binadan atıb. Ağır bədən xəsarətləri alan qadının beli sınıb.

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl Paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayışbinasında baş verib.

Məlumata görə, həmin binada yaşayan 27 yaşlı kişi evə gələn təmizlik işçisinə qarşı əxlaqsız hərəkətlər edib.Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.

Faktı həmin binanın sakinləri də təsdiqləyiblər.


Xəbərə aid video