Yuxu iflici, yoxsa əcaib varlıqların hücumu?


Digərləri 11 Sen 2018 21:35:00 357 0

Yuxu iflici, yoxsa əcaib varlıqların hücumu?

Bəzən yaşadığını doğmalarına belə deməyib, sirr kimi saxlayıb.

Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibbdə də araşdırılıb. Düzdür səbəbi dəqiq deyil və müalicəsi də yoxdur. Tibbdə bu hala " Yuxu iflici" deyilir.

Təsəvvür edin, rahat yatmısız, gecə yarı qəfildən oyanırsız və hiss edirsiz ki, bədəninizin heç bir üzvünü, heç barmaqlarınızı belə tərpədə bilmirsiz. Qaranlıq, səssizlik, yanınızda yatan varsa, o da bundan xəbərsiz. Bu zaman sizə elə gəlir ki, sinənizin üstündə və ya yanınızda, böyrü üstə yatmısızsa, kürəyinizin arxasında qəribə bir varlıq dayanıb. Onun nəfəsini aydın hiss edirsiz.   Son.az medicina.az-a istinadən bildirir ki, qorxudan qışqırıb köməyə çağırmaq istəyirsiz, amma nə qədər güc gəlsəz də səsiniz çıxmır. Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır.   Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır.

Məhz bu hala tibbdə " Yuxu iflici" deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil.

Yuxuda bədənin hərəkətsiz, yəni iflic hala gəlməsi 2 cür olur: hipnoqogik. Bu zaman insan yuxuya gedəndə əzələləri tədricən boşalır, orqanizm yuxu rejiminə keçir, amma birdən yuxuya getməkdə olan şüur geri qayıdır, ayılır və bədənin yuxudakı vəziyyətini hiss edərək bundan panikaya düşür.

İkinci tip Hipnopompik - yuxudan oyananda olur. Dərin yuxu fazasında əzələ tonusu çox aşağı olur. Sürətli yuxu fazasında isə bədən maksimum boşalır, belə deyək sönür, beyinin nəzarətindən çıxır, beyin aktivliyi isə əksinə artır. əgər bu mərhələdə şüur geri qayıdıb insan oyanırsa, beyinin bədənə, əzələlərə siqnal ötürən hissəsi hələ yatmış olur.   Onun özünə gəlib, insana tabe olması üçün 1-2 dəqiqə lazımdır. Beləcə insan şüuru özündədir, ətrafı görür, eşidir, amma bədəni hərəkət etdirə bilmir. O, daxilən çırpınır, amma bir barmağı belə tərpənmir. Cəmi 1-2 dəqiqə gözləmək ona əbədi əzab kimi gəlir.

İnsan şüuru ilə bədəni arasında təbii olaraq yaranmış bu disbalansın tibbi izahı var, amma hər insan bu izahı bilmədiyi üçün kabusa təslim olur.

Nə zaman belə hal yaşana bilər, təkanverici səbəblər nədir. Həkim nevroloq Babək Aslanov səbəblərin çox olduğunu bildirdi.

-Yuxu rejimi, istirahət və gümrahlıq dövrünün nizamlanmaması, yuxudan doymamaq, yuxu rejiminin dəyişməsi, gecə yatmayıb, gündüz yatmaq -Xroniki psixoemosional streslər -Antidepressant, trankvilizator, psixotrop dərmanların qəbulu -Nikotin, alkoqol, narkotika, zəhərlənmə -Narahat ayaqlar sindromu -Kürəyi, arxası üstə yatmaq - böyrü üstdə yatanda yuxu iflici nadir halda olur -Genetik səbəblər

Bəzi nevroloji xəstəliklər də yuxu iflicinə səbəb olur:

-Narkolepsiya -Somnabulizm -Biopolyar pozğunluq -Nevrozlar

Necə mübarizə aparmalı?