Əgər kəbin kağızında mehriyyənin miqdarı yazılmayıbsa, bu kəbin doğru sayılırmı?


Digərləri 11 Sen 2018 21:20:00 352 0

Əgər kəbin kağızında mehriyyənin miqdarı yazılmayıbsa, bu kəbin doğru sayılırmı?

Daimi əqddə (kəbində) mehriyyənin göstərilməsi vacib şərt olmasa da, tövsiyə olunur.

Son.az islam.az-a istinadən bildirir ki, mehriyyənin miqdarı qızın (qız evinin) tələbi və oğlanın (oğlan evinin) razılığı əsasında müəyyən edilir. Əgər kəbin kəsilən zaman mehriyyənin konkret miqdarı bəlli edilməyibsə və kəbin kağızında da yazılmayıbsa, kəbin etibarlıdır. Bu halda mehiyyənin miqdarı o zəmanənin qaydalarına uyğun və gəlinlə eyni sosial vəziyyətdə olan sair qadınların mehriyyəsinə müvafiq qəbul edilir. Yəni o dövrdə eyni təbəqənin qadınları üçün nə qədər mehriyyə yazmaq adət idisə, bu qadının mehriyyəsi də həmin miqdarda hesablanır.