Yüksək təzyiqin qarşısını alan şirə


Digərləri 11 Sen 2018 21:25:00 229 0

Yüksək təzyiqin qarşısını alan şirə

Yüksək arterial təzyiq insanın ümumi sağlamlığı üçün ən ziyanlı amillərdən biridir.

Bu səbəbdən arterial təzyiqi normada saxlamaq həyati vacib olan məsələdir.

Bəzən bunun üçün qidalanmada müəyyən dəyişikliklər etmək, pəhrizə bəzi təzyiqi normallaşdıran qida və ya içkiləri daxil etmək kifayətdir.

Belə ki, Çikaqo Universiteti (ABŞ) alimləri sübut edir ki, kərəviz şirəsinin gündəlik istehlakı təzyiqi tənzimləməyə, hipertoniyanın riskini azaltmağa kömək edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, kərəvizin tərkibində olan 3-n-butilftalid adlı spesifik maddə damarları genişləndirir və bununla da təzyiqi aşağı salır.