“Bilik Günü” sentyabrın 15i qeyd olunacaq


Digərləri 11 Sen 2018 21:27:00 308 0

“Bilik Günü” sentyabrın 15i qeyd olunacaq

Sentyabrın 15-də bütün orta məktəblərdə bilik günü qeyd olunacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gün məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər. Həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağı da açıqlanıb.

Son.az qol.az-a istinadən xəbər verir ki, bir neçə gündən sonra ölkədə "Bilik günü" qeyd olunacaq. Ancaq sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən valideyinlər arasında çaşqınlıq yaranıb.

Bununla əlaqədar Təhsil Nazirliyi "Bilik Günü"nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı ortaya çıxan anlaşılmazlıqlara aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, ölkə üzrə bütün məktəblərdə "Bilik Günü" birmənalı şəkildə sentyabrın 15-də keçiriləcək.

Cəsarət Valehovun sozlərinə görə, beş günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinif şagirdləri üçün həmin gün məktəblə tanışlıq günü olacaq.


Xəbərə aid video