Sərxoş kişi yaşadığı tikilini yandırıb VİDEO


Digərləri 11 Sen 2018 21:19:00 261 0

Sərxoş kişi yaşadığı tikilini yandırıb  VİDEO

Ağstafada evə bitişik yardımçı tikilidə yanğınolub. Hadisə zamanıtikilidə olan şəxs ayağından yanıq xəsarətləri alıb.Mingəçevirdə isə beşmərtəbəli yataqxanada yanğın olub.3 nəfər tüstüdən zəhərlənib.

Sərxoş adam yaşadığı tikilini yandırıb, özü də ayağından yanıq xəsarəti alıb.

Son.az qol.az-a istinadən xəbər verir ki, hadisə Ağstafanın Qırılı kəndində qeydə alınıb. Kənd sakini Əşrəf Məhərrəmova məxsus evin ümumi sahəsi 40 kvadrad metrolan köməkçi tikilisinin yanar konstruksiyaları 30 kvadrad metrsahədə yanıb. Əraziyə cəlb olunan Ağstafa Rayon Yanğından Müfahizə Hissəsinin əməkdaşları tikilinin qalan hissəsini yanğından mühafizə ediblər.

Hadisə zamanı həmin tikilidə yaşayan kimsəsiz Sabir İsmayılovayağından yanıq xəsarəti alıb. Ona ilkin tibbi yardım göstərilib. Məlum olub ki, tikilini də məhz onun özü yandırıb. Sərxoş vəziyyətdə əlindən düşən siqaret tikilininalışmasına səbəb olub.Hadisə zamanı 50-dən çox toyuq-cücə də tələf olub.


Xəbərə aid video