Assosiasiya: Azərbaycanın şərab istehsalçıları Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyir


Digərləri 11 Sen 2018 20:59:00 301 0

Assosiasiya: Azərbaycanın şərab istehsalçıları Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyir

2018-ci ildə Azərbaycanda şərab istehsalı ötən illə müqayisədə 50 faiz arta bilər.

Son.az bildirir ki, bu barədə Trend-ə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

E.Mədətov bildirib ki, ötən il beş milyon butulka şərab və digər məhsul istehsal olunub:

"Bu il biz orta hesabla 50 faiz artım gözləyirik. Bəzi məhsul növlərində artım daha da çox ola bilər".

Assosiasiya sədrinin sözlərinə görə, 2018-ci ilin birinci yarısında Azərbaycan 3,3 milyon butulka şərab ixrac edib:

"Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur. İxrac coğrafiyasının genişlənməsinə gəldikdə isə, biz çoxdan Mərkəzi Asiya və Baltikyanı ölkələr bazarına çıxmağı istəyirik. Biz Azərbaycanın Riqadakı Ticarət Evinə, həmçinin Qazaxıstana ixrac missiyasına və Aktauda Ticarət Evinin açılmasına ümid bəsləyirik".