Assosiasiya: Azərbaycanın şərab istehsalçıları Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyir


Digərləri 11 Sen 2018 20:55:57 238 0

Assosiasiya: Azərbaycanın şərab istehsalçıları Avropa, Afrika və Şimali Amerika bazarlarını hədəfləyir

2018-ci ildə Azərbaycanda şərab istehsalı ötən illə müqayisədə 50 faiz arta bilər

Bakı. Ənvər Məmmədov - 2018-ci ildə Azərbaycanda şərab istehsalı ötən illə müqayisədə 50 faiz arta bilər. Bunu Trend-ə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib. E.Mədətov bildirib ki, ötən il beş milyon butulka şərab və digər məhsul istehsal olunub: “Bu il biz orta hesabla 50 faiz artım gözləyirik. Bəzi məhsul növlərində artım daha da çox ola bilər”. Assosiasiya sədrinin sözlərinə görə, 2018-ci ilin birinci yarısında Azərbaycan 3,3 milyon butulka şərab ixrac edib: