Zəvvarları daşıyan avtobus aşdı


Digərləri 11 Sen 2018 20:08:00 289 0

Zəvvarları daşıyan avtobus aşdı

Hindistanın Telenqana şəhərində ağır yol qəzası baş verib.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "Anjaneya Svami" məbədindən qayıdan zəvvarları daşıyan avtobus dağlıq ərazidə aşıb.

Hadisə nəticəsində 55 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Ölənlərdən 36-sı qadındır.

Məlumata görə, avtobus 54 yerlik olsa da, içərisində 70-dən çox sərnişin olub.

Videonu izləmək üçün şəklə klikləyin:

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az 


Xəbərə aid fotolar