ABŞ İrandan 104 milyon dollar istəyir


Dünya 11 Sen 2018 19:56:00 222 0

ABŞ İrandan 104 milyon dollar istəyir

ABŞ Federal Məhkəməsi İranın 104 milyon dollar ödəməsi barədə qərar qəbul edib.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1996-cı ildə Səudiyyə Ərəbistanında hücuma məruz qalan ABŞ əsgərlərinin ölümünə İran ittiham edilir. Qərara görə, İran bu məbləği hadisə zamanı zərərçəkənlərin yaxınlarına təzminat kimi verməlidir. Təzminatın neçə nəfərin ölümünə görə veriləcəyi və qərarın necə icra ediləcəyi barədə məlumat qeyd edilməyib.