"İstefa verməyə hazırıq"


Dünya 11 Sen 2018 19:28:00 287 0

"İstefa verməyə hazırıq"

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyan Ermənistan Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan ilə danışığının səs yazısının internetdə yayılması fonunda istefa verməyə hazır olduğunu bildirib.

Son.az report-a istinadən xəbər verir ki, o eyni zamanda bu səs yazısının yayılmasının əsas məqsədinin MTX və XİX-in mövqelərinin zəiflədilməsi, bununla xüsusi xidmət orqanlarının başladıqları işləri tamamlamasına maneə yaratmaq olduğunu vurğulayıb.

XİX rəisi Sasun Xaçatryan da ictimaiyyətin tələb edəcəyi təqdirdə, istefaya getməyə hazır olduğunu söyləyib.