Dövlət Gömrük Komitəsinin şöbə rəisi rüşvət alarkən tutulub,


Digərləri 11 Sen 2018 18:34:00 314 0

Dövlət Gömrük Komitəsinin şöbə rəisi rüşvət alarkən tutulub,

Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov vəzifəsindən azad edilib. 

Son.az bildirir ki, bu barədə Report-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.  

Belə ki, DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.