6 milyon manatlıq dələduzluq edən azərbaycanlı şirkət rəhbəri məhkəmədən vaxt istəyib


Digərləri 11 Sen 2018 18:00:00 203 0

6 milyon manatlıq dələduzluq edən azərbaycanlı şirkət rəhbəri məhkəmədən vaxt istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və vəkili zərərin ödənilməsi ilə bağlı məhkəmədən vaxt istəyib.

Ə.Yusifovun müdafiəçisi qeyd edib ki, zərərçəkmişlə danışıqlar aparılır, müəyyən işlər görülür.

Məhkəmənin növbəti iclası sentyabrın 18-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə "QKSSS" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. 

Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş "Airwerk" şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.