Mübariz Qurbanlı: "Azərbaycanda dövlətdin münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir"


Digərləri 11 Sen 2018 17:52:00 302 0

Mübariz Qurbanlı: "Azərbaycanda dövlətdin münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir"

"Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: ənənəvilik və müasirlik" adlı konfransda deyib.

Komitə sədri bildirib ki, sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət-din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olundu.

M.Qurbanlı deyib ki, Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fətvalar da vətəndaşlar üçün icbari xarakter daşımır.

Komitə sədri vurğulayıb ki, istər İslam, istər qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə qarışmır və din də dövlət siyasətinə müdaxilə etmir: