Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub


Digərləri 11 Sen 2018 17:56:00 197 0

Azərbaycan Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub

Azərbaycan Tərcümə Mərkəzinin keçirdiyi növbəti seçim turları başa çatıb.

Bakı. Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.