Keçmiş baş nazirin xanımı vəfat etdi


Dünya 11 Sen 2018 17:32:00 215 0

Keçmiş baş nazirin xanımı vəfat etdi

Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin həyat yoldaşı Bəyim Gülsüm Nəvaz Londonda vəfat edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu Nəvaz Şərifin qardaşı, Pakistan Müsəlman Liqası-Nəvazın lideri Şahbaz Şerif bildirib.

Onun sözlərinə görə, Bəyim Gülsüm Nəvaz Britaniyanın paytaxtında xəstəxanalardan birində xərçəngdən müalicə olunurdu.

O, Nəvaz Şəriflə 46 il idi ailə qurmuşdu. Onların 4 uşağı var. Pərviz Müşərrəfin hakimiyyəti illərində həyat yoldaşının azadlığa buraxılması üçün Bəyim Gülsüm kampaniya aparıb.