Real-ın daha bir futbolçusu vergidə "ilişdi"


İdman 11 Sen 2018 17:13:00 263 0

Real-ın daha bir futbolçusu vergidə "ilişdi"

Real-ın və Braziliya millisinin futbolçusu Marselo vergi cəzasına məruz qalıb. Goal.az xəbər verir ki, Madrid məhkəməsi müdafiəçiyə imic haqlarından əldə etdiyi məvacibin vergisini ödəmədiyi üçün 4 ay həbs və 750 min avro pul cəzası verib. Marselonun Uruqvayda “Birsen Trade SA” adlı şirkət açdığı və bu şirkət vasitəsiylə imic haqlarından gələn pulu əldə etdiyi bildirilir.

Əvvəllər Lionel Messi, Kriştiano Ronaldo, Joze Mourinyo və Aleksis Sançesin də vergiylə bağlı İspaniyada problemləri olub.