"Alçaq hərəkətlərinizdən utanın"


Şou-biznes 11 Sen 2018 16:40:00 264 0

"Alçaq hərəkətlərinizdən utanın"

Meyxanaçı Samirə Yusifqızı Space TV-də yayımlanan "Gəl dərdini danış" verilişində qonaq olub. 

Son.az baku.ws-ya istinadən xəbər verir ki, S. Yusifqızı verilişdə son vaxtlar sosial şəbəkələrdə ünvanına yazılan təhqirlərə cavab verib. 

Meyxanaçı bildirib ki, onu təhqir edən şəxslərlə məhkəmədə görüşəcək:

"Birinci, sosial şəbəkələrdə yüz cür saytlar var. O saytlarda əyləşən bəzi dırnaqarası müxbirlərə demək istəyirəm ki, şəxsi səhifəmdən mənə aid olan məlumatı paylaşanda birinci məndən icazə almalısınız. İkincisi, orada şərh bölümünü niyə açıq qoyursunuz? Kimsə orada ağzına gələn sözləri yazır, təhqirlərə yol verir. Bununla nə əldə etmək istəyirsiniz? Bizi gözdən, nüfuzdan salmaq istəyirsiniz? Onsuz da xalq bizi yaxşı tanıyır. 


Xəbərə aid video