UEFA Fransa klubunu cəzalandırdı


İdman 11 Sen 2018 16:34:00 385 0

UEFA Fransa klubunu cəzalandırdı

UEFA Fransanın Marseille klubunu cəzalandırıb. Goal.az xəbər verir ki, ali futbol qurumu "provanlar"ın keçən mövsüm Avropa Liqasında Leipzig, Salzburg və Atletico qarşılaşmalarında azarkeşlərin səbəb olduğu hadisələrə görə azarkeşsiz 1 oyun cəzası verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Marseille-ə 100 min avro pul cəzası da verilib.

Marseille Avropa Liqasının qrup mərhələsində, sentyabr 20-də doğma divarlar arasında Frankfurt Eintracht-ına qarşı oyunu azarkeş dəstəyi olmadan keçirəcək.