YARAT bütün uşaqları “Öncə tənəffüs” adlı möhtəşəm şənliyə dəvət edir (VIDEO)


Digərləri 11 Sen 2018 16:10:15 280 0

YARAT bütün uşaqları “Öncə tənəffüs” adlı möhtəşəm şənliyə dəvət edir (VIDEO)

Əziz məktəblilər! Yeni tədris ilinə çox az qalıb və bu o deməkdir ki, böyük və əsl bayramsayağı tənəffüs vaxtıdır!

Bakı. Əziz məktəblilər! Yeni tədris ilinə çox az qalıb və bu o deməkdir ki, böyük və əsl bayramsayağı tənəffüs vaxtıdır! Sentyabrın 16-sı YARAT Müasir İncəsənət Məkanı bütün uşaqları “Öncə tənəffüs” adlı möhtəşəm şənliyə dəvət edir! Tənəffüs çox uzunsürən və rəngarəng olacaq! Proqramla tanış olun: 09:00 – 09:45 Samirə Səlimzadə ilə gimnastika (YARAT Mərkəzi) 09:00 – 09:45 Sevil Fərəcova ilə gimnastika (Rəngkarlıq Muzeyi) 10:00 – 11:00 Dəftərlərin və çantaların sulu akril boya ilə bəzədilməsi (Rəngkarlıq Muzeyi) 10:00 – 11:00 Heykəltəraşlıq üzrə ustad dərsi (YARAT Mərkəzi) 11:00 – 12:00 Lazer printer ilə ustad dərsi – KONİX CLUB (YARAT Mərkəzi) 12:00 – 12:45 Karina Sərkərova ilə xoreoqrafiya dərsi (YARAT Mərkəzi) 12:00 – 12:45 Aysel Şəfiyeva ilə xoreoqrafiya dərsi (Rəngkarlıq Muzeyi) 13:00 – 14:00 Heykəltəraşlıq üzrə ustad dərsi (YARAT Mərkəzi) 13:00 – 14:00 Dəftərlərin və çantaların sulu akril boya ilə bəzədilməsi (Rəngkarlıq Muzeyi) 14:00 – 15:00 Lazer printer ilə ustad dərsi – KONİX CLUB (YARAT Mərkəzi)