Moskvada “qırğız dramı” Bacısına sataşanları maşınla əzib keçdi


Dünya 11 Sen 2018 15:56:00 238 0

Moskvada “qırğız dramı”  Bacısına sataşanları maşınla əzib keçdi

20 yaşlı qırğız gənc ad günündə bacısına və rəfiqələrinə sataşanlardan qisas alıb.

Son.az yenicag-a istinadən xəbər verir ki, qırğız əsilli Rusiya vətəndaşı Bekjan Sarbişev şəhərin Novoçerkassk bulvarında qəsdən avtomobili öz həmyerlilərinin üstünə sürüb.

Məlumata əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İnsidentin məişət zəminində baş verdiyi bildirilir:

"İlkin məlumata görə, ərazidəki kafelərdən birində ailə üzvləri və yaxın adamların iştirakı ilə Sarbişevin bacısının ad günü qeyd olunub. Məclis davam edərkən, bir neçə şəxs Sarbişevin bacısına və onun rəfiqələrinə sataşıb. Buna sərt narazılığını bildirən Sarbişev sayları 10-a yaxın olan həmin şəxslər tərəfindən döyülüb.


Xəbərə aid fotolar