Sürücülərin NƏZƏRİNƏ! Bu prospektlərdə rənglənmə işləri aparılacaq


Digərləri 11 Sen 2018 15:44:00 244 0

Sürücülərin NƏZƏRİNƏ! Bu prospektlərdə rənglənmə işləri aparılacaq

İşlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenasına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, işlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.