172 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı


Digərləri 11 Sen 2018 14:51:00 304 0

172 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, sifarişçilər seçdikləri dövlət əmlakları üzrə prosesdə iştirak ediblər. Bu dəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarından biri Bakı şəhəri, Nizami rayonunda yerləşir. A.Manafov küçəsi, 16 ünvanındakı bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 446.8 kv.m-dir. Müxtəlif xidmət sahələri üzrə əlverişli fəaliyyətə imkan verəcək bu obyekt üçün sifarişçi 90 min manat təklif edib.