4 il əvvəl yoxa çıxmış təyyarə cəngəllikdə tapıldı?


Dünya 11 Sen 2018 14:48:00 241 0

4 il əvvəl yoxa çıxmış təyyarə cəngəllikdə tapıldı?

Britaniyalı ləpirçi Yan Uilson "Daily Star" nəşrinə məxsusi müsahibəsində bildirib ki, o, Malayziyaya məxsus və dörd il əvvəl müəmmalı şəkildə itmiş MH370 təyyarəsini tapıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Y.Uilson sərnişin təyyarəsinə oxşayan obyektlə Kambodcanın çətin keçilən rayonlarından birində "Google Maps"in süni peyk görüntülərini təhlil edərkən rastlaşıb.

Y.Uilson bəyan edib ki, bu obyektin Malayziya Hava Yollarının 2014-cü il martın 8-də Kuala Lumpur-Pekin reysi ilə uçan "Boeing 777-200" sərnişin təyyarəsi olmasına o, tamamilə əmindir.

"Google Maps"in fotolarından da göründüyü kimi, obyekt təyyarəyə çox oxşasa da, onun uzunluğu 70 metrə çatır. "Boeing 777-200" təyyarəsinin standart uzunluğu isə 63,7 metrə bərabərdir. Y.Uilson bunu təyyarə yerə dəyərkən quyruq hissəsinin qopması ilə izah edir.