Arvadını boğub öldürən şəxs məhkəmə önündə


Digərləri 11 Sen 2018 14:30:00 208 0

Arvadını boğub öldürən şəxs məhkəmə önündə

Qaradağ rayonunda arvadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işi yekunlaşdırılaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.