Bakıda özünü maşınların qabağına atan şəxs PEYDA OLDU VİDEO


Digərləri 11 Sen 2018 14:16:00 281 0

Bakıda özünü maşınların qabağına atan şəxs PEYDA OLDU  VİDEO

Bakıda özünü avtomobillərin qarşısına atan şəxs peyda olub.

Son.az unikal.org-a istinadən xəbər verir ki, Azadlıq prospekti 15a / 4 ünvanında "28 Mall"un yaxınlığında bir nəfər piyada özünü hərəkətdə olan avtomobilin qarşısına atıb.

Kadrlardan da göründüyü kimi, piyada avtomobil yaxınlaşanda sürücünün sürəti azaltdığını görərək kənara gedir. Kadrları sosial şəbəkədə paylaşan sürücü bu sözləri qeyd edib:

"Başıma gəlmiş hadisədir. 28 Mall-un arxa tərəfində vətəndaş özünü maşınımın altına atmaq istədi. Amma əvvəlcədən onun yola çıxdığını görüb, sürəti tam azaltmışdım ki, birdən yola qaçar, elə də oldu. Gördü sürətim azalıb özünü bir az da qabağa verdi, amma istəyi alınmadı".

Bu yolla sürücülərə təzyiq edən şəxs dələduzluq edir və qazanc əldə etməyə çalışır.

Videonu izləmək üçün şəklə klikləyin: