ABŞa "Florens" yaxınlaşır: 1 milyon insan


Digərləri 11 Sen 2018 14:06:42 282 0

ABŞa "Florens" yaxınlaşır: 1 milyon insan

"Florens" tropik qasırğası ABŞ-ın şərq sahillərinə sürətlə yaxınlaşır.

Son.az ABC-yə istinadən bildirir ki, Birləşmiş Ştatların Milli Qasırğaların Müşahidə Agentliyinin (National Hurricane Center) yaydığı məlumata görə, ölkənin Orta Atlantika regionun sakinləri hava durumunu diqqətlə izləməli, yerli hakimiyyət orqanlarının təlimatlarına hazır olmalıdır.

"Florens"in mərkəzində küləyin sürəti 220 km/saata çatır.

"Ayzek" adlı qasırğa da sürətlə güclənməkdədir.

Cənubi Karolina ştatının qubernatoru Henri MakMakmaster ştatda fövqəladə vəziyyət elan edib. "Florens" tropik qasırğasının ştatı nə zaman vuracağı bəlli deyil.

Şimali Karolina ştatının qubernatoru Roy Kuper də ştatda fövqəladə vəziyyət elan edib.

ABŞ prezidenti Donald Tramp durumla əlaqədar olaraq Ağ Evdə vitse-prezident Mayk Pens və administrasiyanın rəhbəri Con Kelli ilə toplantı keçirib.