Dövlət qulluqçusu olmaq istəyənlər sınaq imtahanı verəcəklər


Digərləri 11 Sen 2018 14:07:00 230 0

Dövlət qulluqçusu olmaq istəyənlər sınaq imtahanı verəcəklər

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.

DİM-dən Son.az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə sentyabrın 12-də keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak üçün online qeydiyyat sentyabrın 12-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.