Mingəçevirdə fəhlə yataqxanasında yanğın: zəhərlənənlər var


Digərləri 11 Sen 2018 13:56:00 310 0

Mingəçevirdə fəhlə yataqxanasında yanğın: zəhərlənənlər var

Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.